Aktiv

Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin aktivlərinin cəmi "balance sheet" sənədində onun öhdəliklərinin cəminə bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı təsnifatı mövcuddur:

  • (a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar, bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər predmetlər;
  • (b) ticarət investisiyaları – "qız" və ya birgə kompaniyalara investisiyalar;
  • (c) "fixed" aktivlər – torpaq, binalar, fabriklər, maşın və avadanlıqlar, mebellər;
  • (d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, müsbət reputasiya), patentlər və s. aktivlərin dəyərinin qiymətləndirilməsi Torpaq sahəsinin qiymətləndirilməsi gəlirlilik və istifadəyə yararlılıq meyarları əsasında həyata keçirilir. Bundan əlavə olaraq torpaq təbii resursdur, buna görə də onu müxtəlif məqsədlərə nail olmaq üçün istifadə olunacaq alət qismində də qəbul etmək olar, bu məqsədlərin gəlir əldə etmək ilə bağlı olması mütləq deyil. İstənilən digər məhsul kimi, hər şeyin öz dəyəri var və bu dəyər zamandan asılı olaraq dəyişə bilər. Ona görə də torpaq və əmlakın dəyərləndirilməsi cari ana uyğun olaraq (hazırkı bazar qiymətləri ilə) həyata keçirilir. Torpaq və torpaq sahələri aşağıdakı hallarda qiymətləndirmə zamanı ekspertin iştirakını tələb edir:

1. Bankda torpaq sahəsini girov qoymaqla kredit götürmək tələb olunursa; 2. Torpağı satmaq və ya onun özgəninkiləşdirməsini həyata keçirmək tələb olunursa (özgəninkiləşdirilmə -bir mülkün və s. dövlət və ya ictimai təşkilatlar xeyrinə zəbt edilməsi); 3. Müəssisənin nizamnamə fonduna üzvlük haqqı ödəmək zərurəti yaranıbsa; 4. Müəssisənin ailə üzvləri, səhmdarlar, pay sahibləri və ya şəriklər arasında bölünməsi təhlükəsi gözlənilirsə; 5. Kimsə mirasa sahib çıxarsa; 6. Müəssisənin biznes planını tərtib etmək tələb olunursa.

  • Daşınmaz əmlakın qiymətləndirilməsi müvafiq qanunvericiliyə uyğun olaraq bir sıra normativ sənədlərin və bazar məlumatlarının toplanması və analizi vasitəsi ilə müxtəlif obyektlərin dəyərinin müəyyən edilməsini nəzərdə tutur. Belə proseduralar yalnız yüksək peşəkarlıq səviyyəsi ilə seçilən mütəxəssislər tərəfindən keçirilməlidir, onlar nəinki müvafiq fəaliyyət sahəsi ilə bağlı lazımı biliklərə sahib olmalı, həmçinin əhəmiyyətli dərəcədə iş təcrübəsinə malik olmalıdır. Ekspertlərin bütün fəaliyyəti qüvvədə olan normativ aktlara tam uyğun şəkildə həyata keçirilir və bu fəaliyyət böyük miqdarda sənədlərlə tənzimlənir. Sərəncamlar aktların tərtib olunması ilə bağlı müxtəlif tələbləri irəli sürür və qiymətləndirilmənin keçiriləcəyi metodları müəyyən edir. Normativ aktivlər isə indeks ölçülərini, aktivlərin balansa toplanması üsulları, valyuta dəyərinin bazar metodları əsasında hesablanması, kadastr qiymətləndirməsini və bir sıra digər vacib nüansları nəzərə alır. Ümumilikdə isə əmlakın qiymətləndirilməsi adı altında peşəkar ekspertin daşınar və ya daşınmaz əmlak üzrə, müəssisənin maliyyə və qeyri maddi aktivləri üzrə, eləcə də bütünlüklə biznesin dəyərinin müəyyən edilməsi ilə bağlı irəli sürdüyü peşəkar rəylər başa düşülür.[1]

Uzunmüddətli aktivlər — müəssisə tərəfindən əldə edilən və uzunmüddətli istifadə olunan aktivlərdir.

Aktivlər istifadə məqsədlərindən asılı olaraq qısamüddətli və uzunmüddətli qruplara bölünə bilər. Bir müəssisə üçün qısamüddətli aktiv digər bir müəssisə üçün uzun müddətli aktiv hesab oluna bilər.

  1. Bir neçə hesabat dövrü ərzində istifadə olunması nəzərdə tutulur.
  2. 1 ildən çox müddətə saxlanılır.
  3. Mənfəətə bir başa təsir etmir dolayı yollarla təsir edir.
  4. İstehsalat və ticarət prosesində daha uzunmüddətli istifadə üçün nəzərdə tutulur.
  5. İstehsalat, ticarət və investisiya məqsədləri üçün istifadə olunur.[2]
  1. "Aktivlərin dəyərinin qiymətləndirilməsi". 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-26.
  2. http://muhasibler.com/index.php/1-2/ Arxivləşdirilib 2018-05-03 at the Wayback Machine Uzun müddətli aktivlər

Developed by StudentB